...

Asiya regionu dünya problemlərinin həllinə mühüm töhfə verir – RF XİN-in rəhbəri

Siyasət Materials 16 Oktyabr 2008 11:17 (UTC +04:00)

Qazaxıstan, Astana, 16 oktyabr / Trend , müxbir K.Konırova/ Asiya regionu dünya problemlərinin həllinə mühüm töhfə verir. Bu barədə Astanada AƏD (Asiyada əməkdaşlıq üzrə dialoq) xarici işlər nazirilərinin (XİN) müşavirəsi zamanı Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov bildirib. "Bizim müşavirəmiz dünyada mühüm hadisələrin baş verdiyi bir şəraitdə keçirilir. Və bu hadisələr hüquq bərabərliyi, maraqlara qarşılıqlı hörmət, inkişaf modellərinin müxtəlifliyinin qəbul edilməsi əsasında dünya problemlərinin kollektiv həlli üsullarının irəli sürülmə zəruriliyini bir daha sübut etdi", - deyə nazir bildirib.

Lavrovun sözlərinə görə, Asiya dövlətləri birgə iş, bərabər hüquqlu qarşılıqlı əlaqələrin qurulmasına can atır və burada inkişaf edən inteqral proseslər sözsüz ki, əməkdaşlığa və müxtəlif qarşıdurma sxemlərindən uzağa aparır. "Asiyada əməkdaşlığa dair dialoq regional əkdaşlığın baş verən proseslərinin mühüm hissəsidir. Bu gənc qrum təşkilati formalaşma, inkişaf etmə mərhələsindədir və bir il öncə biz Seulda qrumumuzu daha fəal işə kökləmək barədə razılığa gəldik. Xüsusi olaraq yaradılmış yüksək səviyyəli qrup dialoqumuzun səmərəliliyinin artırılmasına dair yaxşı tövsiyələr təqdim edib və biz onları təqdir etməyə razıyıq", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti