...

Gürcüstan Xarici İşlər Nazirliyi avqustun 6 - dan sonra ölkə ərazisinə daxil olan bütün silahlı qüvvələrin çıxarılmasını tələb edir

Siyasət Materials 20 Oktyabr 2008 15:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avqustun 6 - dan sonra Gürcüstana daxil olan bütün silahlı qruplaşmalar onun ərazisini tərk etməlidirlər. Bu barədə bazar ertəsi jurnalistlərə Brüsselə uçuş öncəsi Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili bildirib.

"Bu həm Cənubi Osetiya, həm də Abxaziya ərazisinə aiddir, belə ki, onların burada mövcudluğu qanunsuzdur", - deyə o bildirib.

Gürcüstanın Xarici Siyasət İdarəsinin rəhbəri qeyd edib ki, Rusiya qoşunları Gürcüstandan çıxarılanadək, onlar "işğalçı adlandırılacaq və bu status dəyişməyəcək".

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti