...

Çexiya XİN Azərbaycanda demokratiyanın inkişafı yolunda irəliləyişin olduğunu qeyd edir

Siyasət Materials 24 Oktyabr 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Çexiya Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən prezident seçkisinin yekunu üzrə hesabatında qeyd edilən tərəqqini ölkənin demokratiya və azad cəmiyyətin inkişafı yolunda mühüm addım hesab edir.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev seçkinin nəticələrinə görə, səslərin ən yüksək sayını - 88,73 faiz səs toplayıb.

Beynəlxalq təşkilatların seçkinin yekunu üzrə hesabatında seçkinin keçirilməsində nəzərəçarpacaq irəliləyişlər, həmçinin xüsusilə plüralizm, kampaniyaların ədalətli keçirilməsi və kütləvi informasiya vasitələri ilə bağlı mühüm beynəlxalq öhdəliklərin təmin edilməsi üçün əlavə səylərin zəruriliyi qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Çexiya XİN prezident seçkilərinin sakit gedişatını yüksək dəyərləndirib, hakimiyyət institutlarının demokratik seçkilər sahəsində beynəlxalq standartlara cavab vermək səylərini alqışlayıb və inanır ki, ATƏT/DTİHB, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında göstərilən çatışmazlıqların aradan qaldırılmasına maksimum diqqət göstəriləcək.

Press-relizdə bildirilir ki, Çexiya XİN Azərbaycanın siyasi inkişafını, islahatların gedişatını və sürətli iqtisadi yüksəlişini diqqətlə izləyir və iki ölkə arasında qarşılıqlı əlaqələrin maksimal dərəcədə intensiv dərinləşdirilməsinə hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti