...

Putin Azərbaycan və Qətəri Rusiya - İran layihələrinin realizəsində iştiraka dəvət edib

Siyasət Materials 30 Oktyabr 2008 18:44 (UTC +04:00)

RF-nin Baş naziri Vladimir Putin hesab edir ki, bəzi Rusiya - İran layihələrinin realizəsinə digər ölkələr də qoşula bilər, - İTAR-TASS xəbər verir. "Bizim ikitərəfli və çoxtərəfli formatlarda                                             bir çox perspektivli layihəmiz var", - o cümə axşamı Astanada İranın Baş nazirinin birinci müavini Pərviz Daudi ilə görüşdə bəyan edib. Beləliklə, Putinin sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişafı sahəsində Rusiya və İrandan başqa, Azərbaycanın, energetika sahəsində Qətərin iştirakı mümkündür.

"Xəzər dənizi sahəsində əməkdaşlıq həm İran, həm də Rusiya üçün çox vacib və perspektivlidir", - rusiyalı Baş nazir qeyd edib. O əlavə edib ki, iki ölkə arasında mehriban qonşuluq əlaqələri yaranıb və son illərdə əlaqələr intensiv inkişaf edir. Rusiya və İran arasında mal dövriyyəsi təxminən 3,5 mlrd. dollara çatıb. "Nəzərə almaq lazımdır ki, bizim əlaqələrimiz  bir sıra istiqamətlər üzrə kifayət qədər diversifikasiya edilmiş şəkildə inkişaf edir", - Putin vurğulayıb. Putin və Daudi Şanxay Əməkdaşlıq Təşçkilatı (ŞƏT) Hökumət Başçıları Şurasının cümə axşamı Astanada keçirilmiş iclasında iştrak ediblər. İran bu görüşdə müşahidəçi ölkə qismində iştirak edib.

"Biz əvvəlldən İranın bu təşkilatın fəaliyyətində müşahidəçi qismində iştirakını alqışlamışıq", - RF-nin Baş naziri bildirib.

Öz növbəsində, Daudi xatırladıb ki, Xəzər dənizi hövzəsi dövlət başçılarnın Tehranda keçirilmiş sammitindən sonra iki ölkənin münasibətləri intensiv inkişaf etməyə başlayıb. "Siz o zaman gözəl söz dediniz ki, Rusiya və İranın əməkdaşlığı nəinki regionda təhlükəsizliyə zidd deyil, həm də bütün qonşu dövlətlərin maraqlarına cavab verir. Öz tərəfimizdən inandırmaq istərdik ki, güclü Rusiya regionun maraqları və ümidlərinə, həm də  bütün dünyanın gözləmələrinə cavab verir", - Daudi bildirib. O, həmçinin, qeyd edib ki, iki ölkə arasında kifayət qədər yaxşı səviyyədə olan iqtisadi münasibətlərə baxmayaraq, dünyadakı  durum və iqtisadiyyatdakı ümumi vəziyyət Rusiya və İranı daha səmərəli və fəal işə təhrik edir.

Xəbər lenti

Xəbər lenti