...

Azərbaycanda insan alverinin qurbanları əsasən Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır - daxili işlər nazirinin müavini

Siyasət Materials 31 Oktyabr 2008 17:18 (UTC +04:00)
Azərbaycanda insan alverinin qurbanları əsasən Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır - daxili işlər nazirinin müavini

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir İ.Əlizadə / Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinatoru bildirib ki, ölkədə insan alverinin qurbanları, əsasən, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır.

"Azərbaycana isə, insan alverinin qurbanları, əsasən, Orta Asiya, Rusiya, Ukrayna və Moldovadan gətirilir",- cümə günü jurnalistlərə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.

Azərbaycanda il ərzində insan alveri ilə bağlı cinayət 2007 - ci illə müqayisədə 53,36 faiz artıb.

2008 - ci ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb ki, bu da 2007- ci illə müqayisədə 119 fakt çoxdur. Bu il törədilən cinayət əməllərinə görə 336 şəxs cinayət məhsuliyyətinə cəlb olunub. İnsan alverinin qurbanı olan 72 nəfər müəyyənləşdirilib. Axtarışda olan 79 nəfərdən 41-i, o cümlədən İnterpol xətti ilə 6 cinayətkarın tutulması təmin edilib.

Bu il insan alveri ilə məşgul olan 38 cinayətkar qrup zərərsizləşdirilib.

Onun sözlərinə görə, insan alveri ilə məşğul olan cinayətkarlar Azərbaycandan həm təyinat, həm mənbə, həm də tranzit ölkə kimi istifadə edirlər.

Nazir müavini bildirib ki, Azərbaycanda insan alveri ilə məşğul olan cinayətkarların yüksək vəzifəli himayədərlarının olmasına dair məlumatlar yoxdur.

Eyvazov deyib ki, Azərbaycanda insan alveri ilə məşğul olanların 90% -i qadınlardır.

Nazir müavini bildirib ki, hazırda insan alveri qurbanları uçün reabilitasiya mərkəzlərinin yaradılması üzrə iş qedir. Əmək və əhalinin sosial təminat nazirliyinin nəzdində xüsusi mərkəz yaradılıb.

"Həmin mərkəzin nəzdində regionlarda reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub", Eyvazov əlavə edib.

Onun sözlərinə görə, ötən il 41 insan alverinin qurbanına kompensasiya verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti