...

Acariya Ali Şurasına keçirilən seçkidə böyük fərq ilə hakimiyyət partiyası qalib gəlib

Siyasət Materials 4 Noyabr 2008 13:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Hakim partiya "Vahid Milli Hərəkat" - (VMH) Acariya Ali Şurasına seçkilərdə qalib gəlib. Dünən keçirilən seçkilərdə 334 seçki məntqəsinin 328-i üzrə ilkin nəticələr bunu göstərir.

VMH 78,82 faiz səs toplayıb. İkinci yeri Xristian-demokratik hərəkatı tutub. Bu hərəkat səslərin 14,71 faizini toplayıb.

Digər partiyalar 5 faizlik həddi aşa bilməyiblər.

Gələcək Ali Şura 18 deputatdan ibarət olacaq. Proporsional sistem üzrə 12 yer bölüşdürüləcək. Onlardan ikisini XDP-sı alacaq. Mojaritar sistem üzrə də altı yeri öz mojaritar dairələrində liderlik edən hakimiyyət partiyasının namizədləri alacaqlar.

Beynəlxalq və yerli müşahidəçilər Acariyada keçirilən seçkini ədalətli və demokratik hesab edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti