Azərbaycan, Bakı, 05 noyabr/ Trend /ABŞ-da keçirilən prezident seçkiləri zamanı burada yaşayan azərbaycanlılar arasında fikir ayrılığı yaranıb. Bu barədə ABŞ-dan telefonla Trend -a Azərbaycan-Amerika Cəmiyyətinin sədri Tomris Azəri bildirib.
O deyib ki, ilk əvvəl Azərbaycan cəmiyyəti Respublikaçılar Partiyasından olan namizəd Con Makkeyni dəstəkləyirdi. Lakin sonradan fikir ayrılığı yaranıb və cəmiyyət üzvlərinin bəziləri öz səslərini demokratların namizədi Barak Obamaya veriblər.
"Mən şəxsən Makkeynə səs vermişəm", - deyə Azəri bildirib.
O bildirib ki, kimin ABŞ prezidenti seçilməsindən asılı olmayaraq, Azərbaycan diasporu Amerika xalqının seçiminə hörmət edir və gələcək prezidentə dəstək göstərəcək.