Qazaxıstan, Almatı, 9 noyabr / Trend müxbir R.Məşədihəsənli / Qazaxıstanda müxtəlif millətlərin nümayəndələri hər il olduğu kimi bu il də Həcc ziyarətinə yola salınacaqlar.
Bu barədə Trend -un müxbirinə Ümumdünya Ahısqa Türkləri Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan Ahısqa Türkləri Milli Mərkəzinin prezidenti Ziyaeddin İsmihanoğlu bildirib.
Onun sözlərinə görə, keçən il müqəddəs Məkkəyə 43 zəvvar göndərilmişdi. Bu il də 30-a yaxın müxtəlif millətlərin nümayəndəsini Ahıska Milli Mərkəzi vasitəsilə ziyarətə kedəcək.
Qeyd edək ki, Ahısqa Türklərinin 1944-cü il noyabrın 14-15-də doğma torpaqlarından, Gürcüstanın Ahısqa mahalından Orta Asiya və Qazaxıstana sürgün olunduqları gün Mərkəzin Almatıdakı baş iqamətgahda ziyarətə gedənlərlə görüş keçirmək nəzərdə tutulur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]