Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir V.Javoronkova/ Ekspertlər hesab edirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama idarəçilik təcrübəsinin az olmasına baxmayaraq, öz postuna, özündən əvvəlki prezidentlərdən daha yaxşı hazırdır.
"Mən onun prezident postuna hazırlığını digər yeni seçilən, seçilənədək vitse-prezident postunu tutmayan prezidentlər ilə müqayisədə yüksək qiymətləndirərdim", - deyə Trend -a elektron poçt ilə prezident siyasəti üzrə Amerika eksperti Cek Qleyser (Jack Glaser) bildirib.
Amerikada Demokratlar Partiyasını təmsil edən Barak Obamanın yeni prezident seçilməsindən bir həftə keçib. O, artıq vəzifəsinin icrasına başlamağa hazırlaşır, andiçmə mərasimi 2009-cu il yanvarın 20-də keçirilməlidir. Obamanın qısa siyasi karyerası var: bu, İllinoys ştatının senator postu ilə məhdudlaşır, oradan isə o, prezident postuna namizədliyini irəli sürüb. O, Uorren Hardinqdan sonra nə hərbi, nə də idarəçilik təcrübəsi olan ilk Amerika prezidenti olacaq. Bir çox müşahidəçilər hesab edirlər ki, ciddi idarəçilik təcrübəsinin olmaması səbəbindən Obama, öz məsuliyyətli vəzifəsinə hazır deyil.
Lakin buna baxmayaraq, Obamanın ağıl və nitq qabiliyyətinin prezidentliyə tam hazır şəkildə başlmaq üçün ona kömək edəcəyinə dair ekspertlərin fikirləri üst-üstə düşür.
"O, adi istedadı və ağlı ilə idarəçilik təcrübəsi ilə bağlı çatışmazlığı doldura bilər", - deyə Trend -a elektron poçt ilə amerikalı politoloq Con Pitni (John J. Pitney) bildirib.
Seçkilər üzrə Amerika eksperti Arnold Şober (Arnold Shober) hesab edir ki, prezident olmağa həqiqətən "hazır" olan kəs yoxdur, çünki bu nadir vəzifədir.
Şoberin fikrincə, Obama təcrübə çatışmazlığını bütün prezidentlər kimi müşavirlərinin köməkliyi ilə kompensasiya edə bilər.
Lourens Universitetinin elmi əməkdaşı Şober bildirib ki, Obamanın dövləti nə dərəcdə yaxşı idarə edəcəyi müşavirlərdən asılıdır.
"Obama bu il prezident postuna seçilə biləcək şəxslərdən ən təcrübəlisi deyildi, lakin mən mərc gələ bilərəm ki, onun praktiki təcrübəsi yalnız 5 il ərzində Texas ştatının qubernatoru olan Corc Buşdan daha çoxdur", - deyə Qleyser bildirib.
Harvard Universitetinin elmi əməkdaşı Con Makadams (John McAdams) hesab edir ki, o, nisbətən cavandır və beynəlxalq məsələlərdə təcrübəsizdir. Lakin yalnız qubernator olan Bill Klinton və ya eyni təcrübələrə malik Reyqan və Karterə nisbətdə onun təcrübəsi çoxdur. Amerikanın siyasi eksperti Piter Şeyn (Peter Shane) elektron poçt ilə Trend -a bildirib ki, Obamanın Amerikanın uğurlu prezidenti olması üçün lazım olan hər şeyi var. Kaliforniya Universitetinin elmi əməkdaşı Qleyser hesab edir ki, onu olduqca ağıllı, intellektual, düşünən insan - anadangəlmə lider kimi qəbul edirələr. Qleyser bildirib ki, Obamanın üstünlüyü həmçinin ondan ibarətdir ki, o, öz ətrafındakı təcrübəli insanları dinləməyi, seçim etməyi və onların əsasında qərar qəbul etməyi bacarır.
Ekspertlər hesab edirlər ki, Obamanın prezident səlahiyyətlərini icra etməyə başlaması üçün nəzəri məsələlər üzərində işləməsi qalıb.
Şeyn bildirib ki, o, andiçmə mərasimindən dərhal sonra həll etmli olacağı bütün mühüm məsələlər ilə artıq tanış olmağa başlayıb və bu, ehtimal ki, andiçmə mərasminədək hazır olacaq. Pitni bildirib ki, Obama böyük həcmdə faktiki informasiya almalıdır. Lakin, o qısa müddətdə öyrənəcək, odur ki, onun bunu bacaracağına əməli olaraq şübhə yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]