...

Gürcüstan prezidenti NATO-nun payız sessiyasında çıxış edəcək

Siyasət Materials 14 Noyabr 2008 11:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili NATO Parlament Assambleyasının İspaniyanın Valensiya şəhərində keçiriləcək payız sessiyasında çıxış edəcək. Gürcüstan dövlətinin rəhbəri noyabrın 18-də NATO PA-nın iclasında çıxış edəcək və Rusiyanın atəşkəs barədə sazişi yerinə yetirməsinə dair Gürcüstanın mövqeyini təqdim edəcək.

Gürcüstan hesab edir ki, Rusiya Sarkozi-Medvedyev sazişinin şərtlərini yerinə yetirmir və qoşunlarını avqustun 7-dək olan mövqeyə çəkmir.

Prezident Saakaşvili Gürcüstanın NATO-ya inteqrasiyası məsələsinə də ətraflı şəkildə toxunacaq. Gürcüstan və Ukrayna Şimali Atlantika Alyansına üzvlüyün əldə edilməsi üzrə Fəaliyyət Planının onlara təqdim edilməsinə dair sorğularına dekabrda cavab veriləcəyini gözləyirlər.

Rusiyanın NATO yanındakı nümayəndəsi Dmitri Roqozinin NATO PA-nın iclasında çıxışına icazə verilməyib. O, Gürcüstanın, onun sözlərinə görə, "problemə birtərəfli baxış təqdim etməsi" faktını hüquq bərabərliyinin pozulması hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti