...

Azərbaycanın müxalifət partiyaları yeni əməkdaşlıq sazişini müzakirə edirlər

Siyasət Materials 18 Noyabr 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan müxalifətinin əməkdaşlıq mərkəzində təmsil olunan siyasi təşkilatlar arasında yeni saziş müzakirə olunur.

"Mərkəzdə təmsil olunan siyasi təşkilatların münasibətlərinin daha geniş spektrli koordinasiyasına ehtiyac var. Bu münasibətlərin daha ciddi sənədlə tənzimlənməsinə zərurət yaranıb", - deyə Mərkəzdə təmsil olunan müxalif "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev çərşənbə axşamı Trend -a məlumat verib.

Trend -un arayışı: Müxalifətin Əməkdaşlığı Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat partiyası və "Azərbaycan naminə" İctimai Forum daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Əliyev yeni saziş layihəsinin Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təqdim olunduğunu bildirib.

"Sazişdə beynəlxalq müstəvidə insan haqları, demokratik islahatlar, mətbuat azadlığı sahəsində əməkdaşlıq nəzərdə tutulub. Sənəd müzakirə mərhələsindədir. Tərəflərin sazişlə bağlı mövqeyi məlum olandan sonra mərkəz formatında həmin sazişə münasibət ifadə olunacaq", - deyə VİP sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti