...

Hökumətdəki son dəyişikliklər Gürcüstanda məsuliyyətsiz və mənəviyyatsız rəhbərlik olduğunu göstərir – Nino Burcanadze

Siyasət Materials 12 Dekabr 2008 15:35 (UTC +04:00)
Hökumətdəki son dəyişikliklər Gürcüstanda məsuliyyətsiz və mənəviyyatsız rəhbərlik olduğunu göstərir – Nino Burcanadze

Gürcüstan, Tbilisi, 12 dekabr / Trend , müxbir N.Kirtsxaliya/ "Hökumətdəki son dəyişikliklər bir daha göstərir ki, ölkəni məsuliyyətsiz və mənəviyyatsız rəhbərlik idarə edir", - Gürcüstan parlamentinin eks-spikeri, "Demokratik Hərəkat  - Vahid Gürcüstan" müxalifət partiyasının lideri Nino Burcanadze hesab edir.

Gürcüstan prezidenti Mixail Saakaşvili dekabrın 5-də Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomayanı tutduğu vəzifədən azad edib. Həmçinin hökumətin rəhbəri Qriqol Mqaloblişvili eyni vaxtda dörd naziri, o cümlədən də müdaifə və xarici işlər nazirlərini vəzifədən azad edib.

"Reallıq hakimiyyətin ilk baxışda vacib qərarları necə qəbul etdiyini göstərir - qəflətən, qeyri-adekvat və şüursuz", -  Burcandaze cümə günü Trend ­-a müsahibəsində bildirib.

Onun rəyinə görə, kadr dəyişiklikləri haqqında nə zaman qərar qəbul etməyin mümkün olduğunu bilməyən hakimiyyətə etibar etmək olmaz. "Rəhbərlik xarici işlər nazirini Helsinkiyə vacib görüşlərə göndərir və praktiki olaraq eyni vaxtda naziri danışıqlardan geri çağırır və yalnız XİN rəhbərinin deyil, həm də parlamentin dörd il müddətinə təsdiqlədiyi səfirlərə qədər bütün diplomatik korpusun dəyişməsi barədə qərar qəbul edir", - Burcanadze bəyan edib.

Onun sözlərinə görə, bu qərar ictimai narazılıq və qəzəb doğurub.

"Helsinkidə bizim "banan" respublikasına çevrilməyimiz barədə danışmayan bir ölkə qalmadı, - Burcanadze bildirib. - Helsinkidə keçirilən bütün görüşlərdə, belə qərarlar qəbul edən Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmağın mənasız olduğunu vurğulayan Rusiya nümayəndə heyəti bu vəziyyətdən istifadə etdi".

Onun rəyinə görə, məsuliyyət hissi olan istənilən siyasətçi, küçədən keçən adi düşünən hər bir insan deyəcək ki, müharibə Gürcüstanın həyatında hər şeyi dəyişib. "Buna görə də, biz birlikdə prezident Saakaşvilinin rəhbərlik etdiyi hazırki hökuməti dərhal, Konstitusiya yolu ilə istefaya getməyə məcbur etməli və maksimal dərəcədə qısa müddətdə seçkilər keçirməliyik", - o deyib.

"Ölkənin daha dərin böhrana daxil olmaması üçün bunu indi etmək lazımdır", - Burcanadze hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti