...

Əfqanıstanın Bədəxşan vilayətində narkotik maddələr istehsal edən fabrik dağıdılıb

Siyasət Materials 22 Dekabr 2008 16:04 (UTC +04:00)

Əfqanıstan, Bakı, 22 dekabr/ Trend , müxbir A.Həkimi / Əfqanıstan polisi Bədəxşan vilayətində tiryək istehsal edən fabriki dağıdıb. O, Qirm dairəsində aparılan əməliyyatlar zamanı ləğv edilib. Bu barədə dairənin polis rəisi Nurkin Toze bildirib.

O bildirib ki, fabrik Qomandan İnayətullaha məxsus olub. Tozenin sözlərinə görə, sahibkar hadisə yerindən qaçıb. Əfqanıstanın Narkotik Maddələrlə Mübarizə Nazirliyinin məlumatına görə, bu il narkotik maddələr istehsal edilən 30 fabrik bağlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti