...

Gürcüstan Patriarxı Rusiya ilə dostluq münasibətlərinin bərpa olunacağına ümid edir

Siyasət Materials 24 Dekabr 2008 15:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 dekabr/ T , müxbir N.Kirtsxaliya/ Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya Rusiya və Gürcüstan xalqları nümayəndələrinin müntəzəm əlaqələrinin əvvəlki dostluq münasibətlərinin bərpasına kömək edəcəyinə ümid etdiyi bildirib. Bu barədə o, çərşənbə günü partiarxlığın himayəsi altında Tbilisinin "Kortiard Merriott" mehmanxanasında keçirilən beynəlxalq konfrans öncəsi bəyan edib.

"Düşünürəm ki, Rusiyanın nümayəndə heyətinin bu konfransda iştirakı münasibətlərimizin bərpa olmasına yardım göstərəcək və bu qəbildən hər görüş bu yolda bir addımdır", - deyə o bildirib.

Rusiya nümayəndə heyətinin rəhbəri, RF prezidentinin müşaviri Mixail Şvıdkoy iki xalqın qarşılıqlı ünsiyyətinin mühüm olduğunu qeyd edib. "Xalqlarımızın mədəniyyətləri arasında qarşılıqlı münasibət kəsilməməlidir. Dövlətlərimizi bir-birindən ayıran faciəvi toqquşmalar var, lakin xalqlar bir yerdə olmalıdır", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaəq ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti