...

İranın Bakıdakı səfirliyi Qəzzədə həlak olanların xatirəsini yad edəcək

Siyasət Materials 29 Dekabr 2008 17:50 (UTC +04:00)

İran, Tehran, 29 dekabr / Trend  / İranın Bakıdakı səfirliyinin əməkdaşları fələstinlilərlə həmrəylik  əlaməti olaraq bu gün, "Əhli - Beyt Hüseyniyyəsi" məscidində İran vətəndaşlarının iştirakı ilə anım mərasimi keçirəcəklər.

"Qəzzənin sionist  rejiminin Hərbi  Hava Qüvvələri təfərindən bombalanması nəticəsində çoxsaylı mülkli  vətəndaşıalrın həlak olması ,  bu rejimin qara dosyelərinə daha bir qara dosye artırdı. Hücumlar insan haqlarının açıq-aşkar pozulması deməkdir",-deyə   bazar ertəsi İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Qəzzədə törədilən faciələrin beynəlxalq təşkilatlar, eləcə də insan haqlarına iddialı olan ölkələr tərəfindən sükutla qarşılanması, onların insan haqlarına dair iddialarında qeyri- səmimi olmasına və ikili standartlarla yanaşmasına dəlalət edir.

İran İslam Respublikasının Bakıdakı səfirliyi beynəlxalq təşkilatlardan, İslam Konfransı Təşkilatına üzv olan ölkələrdən və bütün müsəlman ölkələri  İsrail cinayətlərinin dayandırılması istiqamətində təcili addımlar atmağa çağırıb.   

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] 

Xəbər lenti

Xəbər lenti