...

Qəzzəyə quru hərakatı qaçınılmaz idi- İsrailin Baş naziri

Siyasət Materials 4 Yanvar 2009 13:48 (UTC +04:00)
Qəzzəyə quru hərakatı qaçınılmaz idi- İsrailin Baş naziri

İsrailin Baş naziri Ehud Olmert Qəzzəyə quru əməliyyatının qaçınılmaz olduğunu bildirib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Nazirlər kabinetinin toplantısında Olmert İsrailin cənub hissəsinin daima atəş altında olmasına laqeyd qalmalarının mümkün olmadığını bildirib. Quru əməliyyatından əvvəl lazım olan bütün vasitələrdən istifadə etdiklərini bildirən Olmert başqa çıxış yollarının olmadığını deyib. Olmertin açıqlaması quru hərakatından sonra İsrailin rəsmi səviyyədəki ilk açıqlamasıdır.

Xəbər lenti

Xəbər lenti