...

Vaşinqtonda ABŞ və Cənubi Qafqaz arasında münasibətlərin genişləndirilməsi müzakirə ediləcək

Siyasət Materials 9 Yanvar 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir V.Javoronkova/ Yanvarın 27-də Vaşinqtonda "ABŞ-ın Cənubi Qafqaz siyasəti: Energetika və geosiyasi problemlər" mövzusunda konfrans keçiriləcək, - The Heritage Foundation-nin press-relizində deyilir.

Konfransın gündəliyində ABŞ-ın Qafqaz və Xəzər regionuda ikitərəfli və çoxtərəfli münasibətləri, həmçinin Rusiya, İran və Mərkəzi Asiyanın enerji ehtiyatları ilə zəngin digər ölkələrinin Avrasiyada geosiyasi və geoiqtisadi vəziyyətdə rolu ilə bağlı məsələlər var.

Konfransda ABŞ Dövlət katibi müavininin köməkçisi Metyu Brayza, The Heritage Foundation-nin (ABŞ) Baş elmi əməkdaşı, politoloq Ariyel Koen, Azərbaycan Diplomatiya Akademiyasının xarici siyasət proqramları üzrə direktoru Fariz İsmayılzadə, ABŞ Dövlət Departamentinin Avrasiya enerji diplomatiyası üzrə koordinatoru Stiven Mənn iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti