...

Bu ilin mayında ABŞ-da Dünya uyğurlarının növbəti qurultayı keçiriləcək

Siyasət Materials 26 Yanvar 2009 14:43 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 26 yanvar / Trend , R.Məşədihəsənli / Bu ilin mayında ABŞ-da Dünya uyğurlarının növbəti qurultayı keçiriləcək. Bu barədə Trend -un müxbirinə Qırğızıstandakı  "İTTİPAK" Uyqur Cəmiyyətinin sədri Dilmurat Akbarov məlumat verib.

Akbarovun sözlərinə görə, əsası 2004-cü ildə Almaniyanın Münhen şəhərində qoyulan Dünya uyğurlarının qurultayına ABŞ-da mühacirətfə yaşayan Rabiyə Radır (Eyni zamanda Amerika-Uyğur Assosiasiyasının sədridir) rəhbərlik edir və bu dəfəki qurultay onun təşəbbüsilə gerçəkləşəcəkdir. Qırğızıstanda isə Dünya uyğurlarının qurultayına 8 nəfərin qatılması planlaşdırılıb.

"İTTİPAK" Cəmiyyətinin sədri həmçinin bildirib ki, qurultayda Almaniya, Kanada, Qazaxıstan, Türkiyə, Belçika, Hollandiya və başqa ölkələrdən 200-dən çox nümayəndənin iştirakı gözlənilir.

Dünya uyğurlarının qurultayında uyğurların problemləri, Mərkəzi Asiyada onların təhlükəsizliyinin təmin olunması, demokratikləşmə və iqtisadi inteqrasiya məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti