...

II İlyanın səhhəti sabitdir - nazir

Siyasət Materials 28 Yanvar 2009 15:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan Patriarxı II İlyanın səhhəti sabitdir", - bu gün Klinik Tibb İnstitutunun elmi-tədqiqat mərkəzinə, xəstəni ziyarətə gəlmiş əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili deyib.

"Klinikanın rəhbəri Fridon Todua ilə söhbət etdim və o bu gün Patriarxın artıq ayağa durduğunu və danışdığını bildirdi", - o deyib.

Patriarx dünən axşam yüksək hərarətlə klinikaya yerləşdirilib. Həkimlər hesab edirlər ki, onun səhhəti virus yoluxması səbəbindən pisləşib.

"Bu gün həkimlərin konsiliumu öz rəyini verəcək. Hələ isə Patriarx bütün lazımi prosedurları keçir", - nazir bildirib.

Patriarxın yanvarın 30-da Moskvaya, fevralın 1-də baş tutacaq yeni rus Partiarxı Kirilin intronizasiya mərasiminə iştirak üçün gedə biləcəyi sual altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti