...

Rusiyanın Sverdlovsk vilayətində gömrük əməkdaşları Azərbaycandan həşiş qaçaqmalçılığı cəhdinin qarşısını alıb

Siyasət Materials 4 Fevral 2009 18:12

Trend-i buradan izləyin

Ural Gömrük İdarəsinin əməkdaşları Azərbaycandan 20 kq-dan çox həşiş qaçaqmalçılığı cəhdinin qarşısını alıb.

Ural Gömrük İdarəsindən İTAR-TASS-a verilən məlumata görə, gömrük işçiləri Çelyabinsk-Yekaterinburq yolunda üç Azərbaycan vətəndaşının olduğu iki VAZ markalı avto maşını saxlayıb.

"Gömrük işçiləri avtomobillərdən birinin yük yerində iki ehtiyat təkərdə gizli saxlanc yeri akşkar edib. Gizli saxlanc yerində içərisində 20.5 kq həşiş olan 16 briket tapılıb", - deyə mətbuat xidmətindən xəbər veriblər.

Fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin narkotik maddələrin qaçaqmaqçılığı maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxslərin həbsi ilə bağl məsələlər həll olunur.

Xəbər lenti

Xəbər lenti