...

Rusiyanın informasiya məkanında Cənubi Qafqaz ölkələrinin həyatı haqqında aşkar material çatışmazlığı var - "Vesti Kavkaza" portalının baş redaktoru

Siyasət Materials 12 Fevral 2009 17:14 (UTC +04:00)

Rusiya, Moskva, 12 fevral / Trend , müxbir R.Ağayev/ "Rusiyanın informasiya məkanında Cənubi Qafqaz ölkələrinin həyatı haqqında aşkar material çatışmazlığı var", - "Vesti Kavkaza" portalının redaktoru Aleksey Vlasov hesab edir.

"Mən sadə insanların həyatı, humanitar və sosial-mədəni qarşılıqlı fəaliyyəti ilə bağlı problemləri nəzərdə tuturam", - Trend -a Vlasov bildirib.

Yanvarın ortalarında yeni internet-layihə - analitik-informasiya portalı "Vesti Kavkaza" start götürüb.

"Saytın hazırkı versiyası sadəcə pilot layihədir", - Vlasov deyib. "Hər şey yaxşı getsə, martın əvvəlində biz portalın genişləndirilmiş versiyasını istifadəyə verəcəyik. O zaman bizim video və audiomateriallar translyasiya etmək imkanımız olacaq", - o bildirib.

Vlasovun sözlərinə görə, Cənubi Qafqazdakı bir sıra münaqişələr süni şəkildə inkişaf edir. Ona görə də durumu yalnız Qafqaz ölkələrinin yeni obrazını yaratmaqla dəyişmək olar.

"Bu obraz humanitar, ruhani, mədəni məkanlar çərçivəsində qurulmalıdır. Bu haqda liderlərimiz xeyli danışıb, amma bu məkanın daxili quruluşunun formalaşması hələ ən başlanğıc mərhələsindədir", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, MDU və Rusiya Dövlət Humanitar Universitetində postsovet ölkələrin tarixini öyrənən kafedralar mövcuddur.

"Azərbaycan, qazax, erməni, gürcü və başqa dilləri, onların nəinki yaxın, həm də daha uzaq tarixini dərindən öyrənən gənc kadrların fundamental-elmi hazırlığı aparılır",  - Vlasov vurğulayıb.

"Emal olunacaq və bizə məxsus kanallarla yayımlanması vacib olan yetərincə informasiya toplanılıb", - Vlasov bildirib.

Onun fikrincə, nəşr məhsulları akademik dairələr, internet-resurslar daha böyük publika üçündür. Vlasovun sözlərinə görə, 2009-cu ilin başlanğıcında MDU Tarix fakultəsi nəzdindəki informasiya-analitik mərkəzinin bazasında mərhələli şəkildə üç böyük layihəni işə salmaq qərarı qəbul edilib: Cənubi və Şimali Qafqaz, Mərkəzi Asiya, Ukrayna üzrə.

"Vaxt və maliyyə prioritetləri Qafqaz istiqamətinə yönəldilib. Onu da xüsusilə qeyd edim ki, biz həm Şimali, həm də Cənubi Qafqazı nəzərdə tuturuq", - Vlasov deyib, "beləliklə, bu layihə Rusiya, Cənubi Qafqaz ölkələrinin, Qazaxıstanın mütəxəssislər, politoloq-təcrübəçilər və alimlərinin səylərinin birləşdirilməsidir."

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti