...

Rusiya və Türkiyə "dondurulmuş münaqişələr"in həlli üzrə səmərəli tədbirlərin həyata keçirilməsi ilə razıdır

Siyasət Materials 13 Fevral 2009 15:51 (UTC +04:00)

Rusiya, Moskva, 13 fevral / Trend , müxbir R.Ağayev/ Rusiya və Türkiyə dondurulmuş münaqişələrin nizamlanması üçün səmərəli tədbirlərin həyata keçirilməsi zərurəti ilə razıdır. Bu barədə Türkiyə prezidentinin Rusiya Federasiyasına səfəri zamanı iki ölkə lideri arasında imzalanan birgə Bəyannamədə bildirilir.

"Avrasiya regionunun təhlükəsizlik və stabilliyinin Cənubi Qafqazın stabilliyi ilə birbaşa bağlı olduğunu dərk edərək, tərəflər Cənubi Qafqazda potensial qeyri-sabitlik elementi olan dondurulmuş münaqişələrin nizamlanması üçün səmərəli tədbirlərin həyata keçirilməsinin vacib olması ilə razıdır", - deyə Bəyannamədə bildirilir.
Sənəddə qeyd olunur ki, tərəflər bu konteksdə Türkiyə tərəfindən irəli sürülən Qafqazda əməkdaşlıq və sabitlik platformasının yaradılması ideyasını konstruktiv və artıq mövcud beynəlxalq mexanizmləri tamamlayan təşəbbüs kimi qiymətləndirirlər. Bu təşəbbüs dondurulmuş münaqişələrə cəlb edilən ölkələr arasında olan etibarsızlığın aradan qaldırılmasına yardım göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti