...

Böyük Britaniya "Şərq tərəfdaşlığı"nın Cənubi Qafqazda sülh və əminamanlığın bərqərar olmasında təsirini mümkün sayır

Siyasət Materials 13 Fevral 2009 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir E.Rüstəmov/ Böyük Britaniya Krallığının Xarici ölkələr və Birlik Ofisinin Siyasi İdarəsinin Baş direktoru Mark Justin Layll Qrant Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün regionun inkişafında vacib rol oynaya biləcəyini açıqlayıb.

"Şərq tərəfdaşlığı"nın Cənubi Qafqazda sülh və əminamanlığın bərqərar olmasında təsiri mümkündür", - cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Böyük Britaniya Krallığının Xarici ölkələr və Birlik Ofisinin Siyasi İdarəsinin Baş direktoru Qrant bildirib.

Qrant bu gün Bakıda rəsmi səfərdə olub.

Avropa İttifaqı (Aİ) Avropa Komissiyası (AK) ilə Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan arasında "Şərq Tərəfdaşlığı" Birliyinin yaradılması ilə bağlı kommunike yazda təsdiqlənməlidir.

Sənəddə enerji sahəsində isə əməkdaşlıq üzrə Aİ-nin enerji təhlükəsizliyinin təmininə xidmət edəcək qarşılıqlı anlaşma haqqında memorandumlar imzalamaq təklif olunur. Belə əməkdaşlıq ümumi idarəçilik, enerji hasilatçısı, tranziti və istehlakçısı ölkələrin birgə boru kəmərləri kampaniyalarına malik olmalarını nəzərdə tutur.

Görüşdə Məmmədyarov ikitərəfli münasibətlərdən məmnun olduğunu deyib və Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünə toxunaraq, bunun Azərbaycanın Aİ ölkələri ilə əməkdaşlığının daha da genişlənməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti