ABŞ "Manas" bazasının saxlanılması üçün Qırğızıstana daha artıq icərəyə haqqı verə bilər. Bu barədə jurnalistlərə cümə günü Krakovda NATO ölkələri müdafiə nazirlərinin qeyri formal görüşündə iştirak edən Pentaqonun başçısı Robert Qeyts deyib.
O qeyd edib ki, onun məlumatına görə, baza ilə bağlı məsələ hələ bağlı hesab edilə bilməz. Müdafiə naziri bildirib ki, Qırğızıstan höküməti ilə razılıq əldə olunmasa ABŞ alternativ variantları nəzərdən keçirəcək, RİA Novosti xəbər verir.
"ABŞ müəyyən səviyəyə qədər icarəyə haqqını qaldırmağa hazırdır", Qeyts deyib.
ABŞ aviabazası BMT mandatı əsasında 2001-ci ilin dekabrında açılıb. Məqsəd koalisiya qüvvələrinin Əfqanıstanda həyata keçirdiyi terror əleyhinə əməliyyatına dəstək vermək olub. Hazırda "Manas" aviabazasında ABŞ və Əfqanıstandakı əməliyyatda iştirak edən ölkələrin 1200 nəfər hərbçisi, habelə hərbi yükləri daşıyan təyyarələr yerləşir. Fevralın 3-də Qırğızıstan prezidenti Kurmanbek Bakiyev hökumətin bu aviabazanın fəaliyyətinin dayandırılması ilə bağlı qərarını açıqlayıb.