Azərbaycan, Lənkəran, 27 fevral / Trend , müxbir P.Əliyeva /
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsindən cümə günü Trend -a bildiriblər ki, keçirilən əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilmiş narkotik vasitənin dövriyyədən çıxarılmasına nail olunub.
İran İslam Respublikasının Astara şəhər sakini Ruqiyyə Aşur qızı Eşikağasının üzərindən satmaq məqsədilə gətirdiyi 120 qrqm tiryək, 18 ədəd metadon və 10 ədəd kaden psixotrop həbləri aşkar edilərək götürülüb. O, Astara gömrük səhədini keçdikdən sonra Lənkəranın (paytaxt Bakıdan 270 kilometr cənubda) avtovağzal ərazisində tutulub. Eşikağası özünün narkotik istifadəçisi olduğunu deyib.
Fakt üzrə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin narkotik vasitələrin və psixotrop maddələrin və ya prekursorları külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3-cü) və qaçaqmalçılıq (206.2-ci) maddələri ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]