...

Təşviqat kampaniyası zamanı heç bir hüquq pozuntusu olmamalıdır - Azərbaycan MSK-nın sədri

Siyasət Materials 3 Mart 2009 12:39 (UTC +04:00)
Təşviqat kampaniyası zamanı heç bir hüquq pozuntusu olmamalıdır - Azərbaycan MSK-nın sədri

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir C.Babayeva /

"Təşviqat kampaniyası zamanı heç bir hüquq pozuntusu olmamalıdır", - çərşənbə axşamı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Azərbaycandakı referendumla bağlı yaradılmış təşviqat qrupları fevralın 18-dən etibarən təşviqat kampaniyasına start veriblər. Referendum üzrə qəbul olunmuş təqvim planına əsasən, təşviqat kampaniyası martın 16-sı gecə saat 00:00-da bitməlidir.

Təşviqat qrupları üçün İctimai Televiziyada pulsuz efir vaxtı şənbə günü 18:15-dən 19:45-dək, İctimai radioda isə çərşənbə günü 20:15-dən 21:45-dək ayrılıb.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək

"İctimai Televiziyadakı teledebatlar zamanı referendum üzrə təşviqat kampaniyalarının nümayəndələri daha çox referenduma çıxarılmış məsələləri müzakirə etməlidirlər. Pulsuz efir vaxtı yalnız Konstitusiyanın 29-cu maddəsinə ediləcək dəyişikliklərin müzakirəsi üçün ayrılıb", - Pənahov bildirib.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

"MSK təşviqat qruplarının yerlərdəki təşviqat kampaniyalarını müşahidə edir",  - MSK sədri deyib.

"Hesab edirəm ki, təşviqat kampaniyası zamanı hansısa hüquq pozuntusu olmamalıdır. MSK və Azərbaycan ictimaiyyəti təşviqatın hərtərəfli keçməsində maraqlıdır", - Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti