...

Böyük Britaniyanın AŞ PA-dakı üzvü Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri demokratik adlandırıb

Siyasət Materials 6 Mart 2009 12:01 (UTC +04:00)
Böyük Britaniyanın AŞ PA-dakı üzvü Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri demokratik adlandırıb

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir K.Zərbalıyeva /

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Böyük Britaniyadan olan üzvü Maykl Henkok hesab edir ki, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər kifayət qədər demokratikdir.

"Əgər xalq bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyirsə, bu, kifayət qədər normaldır və demokratikdir", - cümə günü Bakıda jurnalistlərə AŞ PA-nın Böyük Britaniyadan olan üzvü Henkok deyib.

Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Konstitusiyaya edilən dəyişikliklərə əsasən, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Henkokun sözlərinə görə, Azərbaycanda bəzi müxalifət nümayəndələrinin bu təklifə etirazı gülüncdür.

"Mən özüm Azərbaycanda keçirilən seçkiləri müşahidə etmişəm, seçkilər normal keçib. Mən bu halda hökuməti yox, müxalifəti günahlandırardım. Çünki onlar seçkilərdə fəal iştirak etmirlər. Mənim öz ölkəmdə də keçirilən seçkilərdə problemlər olub", - Henkok əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti