...

Azərbaycan prezidenti hərbi hissənin açılış mərasimində iştirak edib

Siyasət Materials 6 Mart 2009 20:57 (UTC +04:00)

Martın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) "N" hərbi hissəsinin açılışı olub. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev bu mərasimdə iştirak edib. Məlumatı Azərtac Dövlət informasiya agentliyi yayıb.
İlham Əliyev hərbi hissənin idman salonuna baxıb. Burada sərhədçilər üçün xüsusi əhəmiyyəti olan fiziki hazırlıqdan ötrü hər cür şərait yaradılıb. Dövlət başçısı akt salonunda da olub, burada hərbi hissənin həyatı ilə bağlı tədbirlər keçirilir.
Sonra təlim zalına gələn Ali baş komandana məlumat verilib ki, burada şəxsi heyət müxtəlif silah növlərindən istifadə qaydalarını öyrənir.

Xəbər lenti

Xəbər lenti