...

Əfqanıstan - Qərblə İranın əməkdaşlıq bölgəsi

Siyasət Materials 16 Mart 2009 04:18 (UTC +04:00)
Əfqanıstan - Qərblə İranın əməkdaşlıq bölgəsi

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir D.İbrahimova/

İran və Qərb ölkələri Əfqanıstan da vəziyyətin sabitləşməsi üçün əməkdaşlıqda maraqlıdırlar və İranın əfqan məsələsi üzrə konfransda iştirakı Qərb və Tehran arasında münasibətlərin inkişafı baxımından müsbət addım kimi qiymətləndirilə bilər.

"İran və Qərb Əfqanıstanda çoxlu sayda birgə maraqları var", Trend -a avropalı ekspert Karl Xarbo dedi.

ABŞ dövlət katibi Hillari Klinton Hollandiyda martın 31-də keçiriləcək Əfqanıstanda vəziyyətin stabilləşməsinə hasr ediləcək konfransda iştirak üçün İranı dəvət etdi. Həsən Qəşqavi- XİN sözçüsü dedi ki, İran bu konfransda içtirak edəcək, amma az sonra bu bəyanat təkzib edildi.

Bu İranın Əfqanıstanda vəziyyətin yaxşılaşdırılması prosesinı cəlb olunması yolunda ilk cəhd deyil. ABŞ prezidenti Barak Obama İranın bu prossesə cəlb edilməsi barədə danışıb və İran Parisdə Əfqanıstana həsr edilən konfransa dəvət almışdı, lakin iştirakdan imtina etmişdi.   

ABŞ-ın Əfqanıstan ərazisinə hərbi müdaxiləsi 2001-ci ildə başladı və əsas məqsədtalib hakimiyyətinin devrilməsi, hamçinində "Əl-Qaidənin" lideri Osama ben Ladenin tutulması idi. Lakin əməliyyat uzandı və indiyə qədər bitməyib. ABŞ prezidenti Brak Obamanın sərəncamına əsasən, 2009-cu ildə Əfqanıstanda hərbi kontingent 30 minə qədər artırılacaq.

Ekspertlər hesab edirlər ki, İranın konfransa dəvət edilməsi - Qərbin İrana qarşı addımıdır.

Əfqanıstan üzrə amerikalı ekspert Robert Kanfild (Robert Canfield) heab edir ki, İranın Əfqanıstan üzrə konfransda mümkün iştirakı İranla Qərb arasında münasibətlərin müsbət inkişafının hissəsi kimi nəzərdən keçirilə bilər.

İranla Qərb ölkələri arasında münasibətlər sonuncuların Tehranın nüvə silahı yarada bilməsindən ehtiyatlandıqlarından gərginləşir. Lakin İranda nüvə proqramının sülh xarakteri olduğunda israr edirlər.  

ABŞ-la İran arasında münasibətlər 1979-cu ildə Tehranda ABŞ səfirliyi ələ keçirildikdən sonra 1980-ci ildə kəsilib. İranlılar 444 gün ərzində ABŞ səfirliyinin əməkdaşlarını əsrlikdə saxladılar. Buna cavab olaraq ABŞ prezindenti Cimmi Karter milli təhlükəsizliyə, xarici siyasət və iqtisadiyyata təhlükə ilə bağlı fövqəladə vəziyyət elan edilən 12170 nömrəli fərmana qol çəkdi.
Birləşmiş Ştatların yeni administrasiyası Tehranla danışıqların mümkünlyü barədə deyirdi, elə buna görə də Tehranda konfransda mümkün iştirakla Qərblə münasibətlərin mümkünlüyün yoxlamaq istəyirlər, Əfqanıstana həsr edilən çoxlu sayda kitabların müəllifi, Miçiqan universitetinin professoru Kanfild telefon vasitəsilə Trend -a bildirib.

Ekspertlərin fikrincə İran və Qərb Əfqanıstanda əməkdaşlığa başlamaq üçün çoxlu sayda ümumi maraqları var. Əfqanıstanın prezident apparatının mətbuat katibinin sözlərinə görə, Kabulda hələ altı il əvvəl ABŞ-la İran arasında Əfqanıstanla bağlı əməkdaşlığın vacibliyi barədə deyiblər.   

"Biz istəyirik ki, İran narkotiklərlə mübarizə sahəsində Əfqanıstana iqtisadi yardım göstərsin və həmçinində mal dövriyyəsi və digər iqtisadi sahələrdə əməkdaşlığı genişləndirsin", telefon vasitəsilə Trend -a Əfqanıstan prezident apparatının mətbuat katibi Həmid Elmi deyib.  

Xarbonun sözlərinə görə, keçmişdə əfqam məsələsi üzrə İran və digər ölkələrin əməkdaşlığı nümunələri çox olub, bu sahədə onların arasında münasibətlər bəzi səbəblərdən davma etdirilə bilər. "İran NATO-nu Əfqanıstanda "Taliban" hərəkatına qarşı mübarizədə dəstəkləyib", - o deyib.

2001-ci ilə qədər İran "Əl-Qaidə" hərəkatının 500-ə yaxın iştirakçısını həbs edib və onunu ABŞ-a təhvil verib. Lakin Buş Şimali Koreya və İrak ilə birgə İranı "zülm oxu" ölkələri sırasına qatdığı üçün, Tehran ABŞ-a Əfqanıstanla bağlı yardımı dayandırıb.  

Qərblə İran arasında ümumi vacib problemlərdən biri hələ də İrana daşınan Əfqanıstan ərazisində narkotik istehsalıdır,  Trend -a elektron poçt vasitəsilə dörd il ərzində Aropa komissralığının Əfqanlstanda nümayəndə heyətinin rəhbəri olmuş, siyasətin inkişafı və təhlükəsizliyi institutunun üzvü Xarbo deyib. Əfqanıstanın payına dünyanın tiryək istehsalının 93% düşür.

İranla Qərb arasında Əfqanıstanın digər ümumi problemi kimi radikal islamçı "Taliban" hərəkatıdır.

"Taliban" əfqan xalqını vahid islam bayrağı altında birləşməyə və müsəlman dövlətinin yaradılmasına çağırır. Bundan başqa "Taliban" xarici orduların Əfqanıstan ərazisindən çıxmasını tələb edir. "Taliban" hərəkatının üzvləri dağıdıcı fəaliyyət göstərirlər, tez-tez terror aktları həyata keçirirlər ki, bunun nəticəsində dinc əhali həlak olur.  Taliblərin fəaliyəti nəticəsində Əfqanıstanda Qərb ölkələri koalisiyasının hərbiçiləri həlak olur və bu fakt həmin ölkələri narahat etməyə bilməz.

Tehranda taliblərdən, onların şiələrə qarşı olduqlarına və İranın təhlükəsinzliyinə qarşı olduqlarına  görə ehtiyat edirlər. Əfqanlstanda taliblərin güclənməsi İranl narahat etməlidir, çünki onlar şiələrə qarşıdırlar və İran isə şiə ölkəsidir, - Kanfild dedi. Onun fikrincə, buna görə taliblərin güclənməsi İran tərəfindən özünün təhlükəsizliyinə qarşı kimi qiymətləndirilir.   

Beynəlxalq analitik mərkəz - Senlis Şurasının (London) məlumatlarına əsasən 2007-ci ildə taliblərin Əfqanıstanın ərazisinin 54%-də hərbi iştirakı qeydə alınıb. Taliblərin əsas hissəsi Pakistanın şimali-qərbində sərhəd əyalətlərində, "müstəqil tayfaların" ərazisində  və Əfqanıstanda yerləşir.  

Ekspertlərin fikrincə, həm İran daxilində, həm də onun xaricində Qərblə Tehranın Əfqanıstanda vəziyyətin yaxşılaşdırılmasında maraqlı olmalarında baxmayaraq, bir çox məsələlər həll edilməmiş qalır. İranda hesab edirlər ki, regional məsələlər üzrə əməkdaşlığa başlamaq üçün ölkələr öz aralarında münasibətlərində müəyyənlik yaratmalıdırlar.  
 
İran eksperti Səid Yarinin fikrincə, ölkələr ilk olaraq öz aralarında münasibətlərə aydınlıq gətirməlidirlər və sonra regional və beynəlxalq iclaslar çərçivəsində əməkdaşlıq etməlidirlər. İranın Hollandiyada konfransda iştirakı Qərblə İran arasında münasibətlərin yumşalması üçün səbəb ola bilər, amma ilk olaraq Birləşmiş Ştatlar digər ölkələrin daxili işlərinə qarışmaq siyasətlərini dəyişməlidirlər, - Trend -a telefonla İranın milli maraqları Komissiyasının sədri Yari dedi.  

Xarbonun fikrincə, məhz Qərbin qərarından İranın Əfqanıstanda vəziyyətin stabilləşməsində nə dərəcədə fəal və konstruktiv rol oynayacağı asılıdır. "Məhz Əfqanıstan İranla Qərbin əməkdaşlığının mümkün olduğu sahələrdəndir", - deyə avropalı ekspert bildirdi.

Məqalənin hazırlanmasında T.Cəafərov iştirak etdi.

Xəbər lenti

Xəbər lenti