...

Rusiya Türkmənistanı viza rejimini ləğv etməyə çağırır

Siyasət Materials 23 Mart 2009 17:50 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 mart / Trend , H.Həsənov /

Rusiya Federasiyası Türkmənistanı ikitərəfli əməkdaşlığın aktivləşdirilməsi və iş tərəfdaşlığının təşkili məqsədilə 1999-cu ildən etibarən tətbiq olunan viza rejimini ləğv etməyə çağırıb. Bu barədə Rusiya KİV məlumat verib.

Rusiya və Türkmənistan arasında Türkmənistan qazının "Qazprom" ASC-ə tədarük olunması istiqamətində uzunmüddətli müqavilə mövcuddur. Birgə layihələrdə iştirak etmək istəyən Rusiyanın bir çox şirkətləri Türkmənistan tərəfindən vizaların rəsmiləşdirilməsi işinin uzun vaxt tələb etməsi səbəbindən kənarda qalıb.

Ekspertlərin sözlərinə görə, viza rejiminin asanlaşdırılması, həmçinin iki vətəndaşlılıqla bağlı çatışmazlıqların aradan qaldırılması normal qarşılıqlı münasibətlərə müsbət təsir edərdi.

RF Baş nazirinin birinci müavini Viktor Zubkov hesab edir ki, Rusiya və Türkmənistan arasında viza rejimi tam ləğv olumnaq perspektivi ilə sadələşdirməlidirlər. "Dövlətlərarası və iş əməkdaşlığımızın bu cür inkişaf etmiş səviyyəsində viza problemlərinin həll edilməsi mühüm yer tutur. Hesab edirəm ki, viza rejiminin tam ləğvi perspektivi ilə onun sadələşdirilməsinə tez bir zamanda nail olmalıyıq", - deyə Zubkov bu gün Rusiya-Türkmənistan iqtisadi forumunun iclasında bildirib.

Türkmənistan 1999-cu ildə bütün MDB ölkələri ilə vizasız rejim haqqında müqavilədən çıxıb. Türkiyə bir müddət bundan öncə Türkmənistan vətəndaşları üçün viza rejimini ləğv edib ki, bu, ticarət münasibətlərini əhəmiyyətli dərəcədə canlandırıb.

"Hər iki ölkə avia, həmçinin dəniz və dəmiryolu daşımalarının həcminin artırılması istiqamətində işləri aktivləşdirməlidir", - deyə Zubkov bildirib. Onun sözlərinə əsasən, bu məsələlər Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədovun Rusiyaya səfəri çərçivəsində müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti