...

Üçüncü Ermənistan-Azərbaycan ictimai sülhməramlı forum konstruktiv keçib – ekspert

Siyasət Materials 25 Mart 2009 14:29 (UTC +04:00)
Üçüncü Ermənistan-Azərbaycan ictimai sülhməramlı forum konstruktiv keçib – ekspert

Azərbaycan, Bakı, 25 mart / Trend , müxbir A.Qasımova /

International Alert Avrasiya üzrə proqram layihələrinin rəhbəri Desislava Rusanovanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək məqsədi ilə keçirilən III Ermənistan-Azərbaycan ictimai sülhməramlı forum konstruktiv keçib.

"Tərəflər arasında diskussiyalar çox konstruktiv şəraitdə keçib. Çoxları bildirdilər ki, vətəndaş cəmiyyəti ilə vasitəçilər arasında əməkdaşlıq mütəmadi olmalıdır", -  International Alert-in yaydığı press-relizdə deyilir.

"Təhlükəsizlik: çağırışlar və imkanlar eləcə də etibarın qurulması üçün mexanizmlər" Ermənistan-Azərbaycan forumu International Alert dəstəyi ilə 24-27 martda Vyanada keçirilir. Forumun iştirakçıları Ermənistandan və Azərbaycandan olan vətəndaş cəmiyyəti liderləri, münaqişə tərəflərini təmsil edən ekspert və ziyalılardır. Bununla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) forumda iştirak ediblər.

Rusanovanın sözlərinə əsasən, həmsədrlər forumda bir məlumatla çıxış ediblər - müharibə münaqişənin həlli variantı deyil.

"Həmsədrlər forumda təkcə bu məlumatı çatdırmaq üçün iştirak etməyiblər. Həmsədrlər forumda qulaq asmaq, dialoqlarda iştirak etmək və vətəndaş cəmiyyəti ilə münaqişənin həlli yollarını açıq şəkildə müzakirə etmək məqsədi ilə iştirak ediblər", - ekspert deyib.

Rusanovaın sözlərinə əsasən, azərbaycanlı və ermənistanlı iştirakçılar münaqişəyə baxışlarını və Dağlıq Qarabağ münaqişəsində iştirak edən cəmiyyətlər arasında etibarın artırılması imkanlarını müzakirə ediblər. 

"Diskussiya tam səmmi keçib, bütün iştirakçılar baxışlarını ifadə ediblər. Gözlənildiyi kimi bir-birindən uzaq fikirlər də səslənirdi. Bununla yanaşı, çoxlu ümumi fikirlər də var idi. Ümumilikdə dialoqun gedişatı konstruktiv alındı", - Rusanova qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]   

Xəbər lenti

Xəbər lenti