...

Gürcüstan Parlamentinin spikeri Obamanın bəyanatını Tbilisiyə açıq dəstək kimi qiymətləndirir

Siyasət Materials 26 Mart 2009 14:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirtsxaliya /

"ABŞ Prezidenti Barak Obamanın NATO-ya üzv olmaq istəyən ölkələr haqqında bəyanatı Gürcüstana açıq dəstəkdir", -  Gürcüstan Parlamentinin spikeri David Bakradze ABŞ-a səfəri çərçivəsində jurnalistlərə bildirib.

Söhbət Obamanın "istənilən ölkə NATO-ya üzv ola bilər" bəyanatından gedir.

"ABŞ Prezidentinin "hər bir ölkə özü NATO-ya üzv olması barədə qərar veməlidir" deməsi Gürcüstana açıq dəstəkdir", - Bakradze qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti