...

Litva Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir

Siyasət Materials 31 Mart 2009 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan ilə Litva arasında əməkdaşlığın dərinləşdirilməsi Şimali Atlantika Alyansına inteqrasiya üzrə Tbilisiyə dəstək məsələləri iki ölkənin müdafiə nazirlərinin görüşündə nəzərdən keçirilib.

David Sixarulidze Əfqanıstandan Gürcüstana gələn litvalı həmkarı Rasu Yuknaviçeneni qəbul edib.

Gürcüstan Əfqanıstandakı sülhməramlı kontingentini artırmağı planlaşdırır.

Yuknaviçenenin sözlərinə görə, Litva Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyasını dəstəkləyir. "Gec-tez Gürcüstan və Ukrayna alyansın tamhüquqlu üzvləri olacaq", - Yuknaviçene əminliklə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti