...

Biz ABŞ-ın Əfqanıstanda yeni strategiyasını dəstəkləyirik – Fransa Prezidenti

Siyasət Materials 3 Aprel 2009 18:40 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel / Trend , müxbir A.Məhərrəmli /

"Fransa Əfqanıstana yeni hərbi qüvvə göndərməyəcək. Mən bunu Prezident Barak Obamaya da dedim. Lakin biz Əfqanıstanda polis və jandarmeriya sahəsində öz köməyimizi göstərməyə hazırıq. Biz Əfqanıstana qarşı müharibə aparmırıq, onun yenidən qurulmasına kömək edirik. Biz hər hansı bir namizədi də dəstəkləmirik. Mövcud problemlərin və çətinliklərin olduğunu dərk edirik. Hamı bilir ki, onlar qlobal formada yanaşmaqla həll edilməlidir. Buna görə dünyanı dəyişmək istəyən və dünyanın yalnız onun ölkəsinin maraqları çərçivəsində olmadığını başa düşən ABŞ Prezidenti ilə işləməkdən məmnunluq duyuram. Bu isə 2009-cu ilin ən yaxşı xəbəridir", - Fransa Prezidenti Nikolya Sarkozi cümə günü Strasburqda ABŞ Prezidenti Barak Obama ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Fransanın Strasburq və Almaniyanın Kel şəhərlərində cümə və şənbə günləri NATO-nun yubiley sammiti keçirilir. Müzakirə mövzularından biri Rusiya ilə ABŞ-ın aparıcı qüvvə olduğu NATO arasında gələcək münasibətlər olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti