İranda növbəti prezident seçkilərinin sağlam keçirilməyəcəyindən narahatıq – müxalifətin yüksək rütbəli nümayəndələri

İranda növbəti prezident seçkilərinin sağlam keçirilməyəcəyindən narahatıq – müxalifətin yüksək rütbəli nümayəndələri

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir D.Xatınoğlu /

İranda prezident seçkilərinə nəzarət edən Ali Dini Nəzarət Şurası islahatçılar düşərgəsinin seçkilərdə saxtakarlığa yol veriləcəyi ilə bağlı narahatlıqlarına reaksiya olaraq bəyanat yayıb. Ali Dini Nəzarət Şurasının rəsmi saytında yayılan bəyanatda, iyunun 12-də keçiriləcək prezident seçkilərində hər hansı bir saxtakarlığa yol verilməyəcəyi vəd edib.

İran islahatçılar düşərgəsinin bir qoluna rəhbərlik edən prezidentliyə namizəd Mehdi Kərrubi, Ali Dini Şuranın baş katibi Əhməd Cənnətini hazırki Prezident Mahmud Əhmədinejadı müdafiə etməkdə ittiham edib. Kərrubi çərşənbə axşamı açıq məktubla Cənnətiyə müraciət edərək bildirib ki, "seçkilərdə hansısa bir saxtakarlıq olarsa, sizin Şuraya (Ali Dini Nəzarət Şurası) müraciət etmək lazımdır, sizin əlinizdən şikayət etmək üçün kimə müraciət edək", - Milli Etimad Partiyasının baş katibi Kərrubi bildirib.

Cənnəti bundan əvvəl, Əhmədinejadın prezidentlik dövründə ölkənin analoqu olmayan inkişafa nail olmasını dəfələrlə bildirib. O, İran xalqının düşmənlərinin "İranda Qərbə meylli namizədlərin prezident olmasına çalışmasını" və "rəngli inqilaba cəhdlərini" vurğulayaraq, xalqa xəbərdarlıq edib.

Sabiq islahatçı Prezident Məhəmməd Xatəminin müavini hesab edir ki, növbəti prezident seçkilərində saxtakarlığın olacağı ilə bağlı ciddi narahatlıq var.

Rəsmi məlumata əsasən, 2005-ci il prezident seçkilərində Mahmud Əhmədinejad 17 milyon səs toplamaqla prezident seçilib. Bu statistika digər namizədlər Kərrubi və Əkbər Rəfsəncaninin sərt etirazına səbəb olub. Rəfsəncani "bu saxtakarlıqdan Allaha sığındığını" bildirmişdi.

Xatəminin parlament məsələləri üzrə müavini Məhəmməd Əbtəhi (Mohammad Abtahi) Trend -a açıqlamasında bildirib ki, Cənnətinin bəyanatı növbəti prezident seçkiləri ilə bağlı islahatçılar düşərgəsinin narahatlığının artmasına səbəb olub.

Əbtəhi hesab edir ki, seçkilərdə saxtakarlığın qarşısını almaq üçün "bir sıra" vədlər verilib, lakin bunlar qənaətbəxş deyil.

Milli Etimad Partiyasının mərkəzi şurasının üzvu Əbulfəzl Şükuri (Abolfazl Şokuri) isə Trend -a açıqlamasında bildirib ki, keçən həftə Cənnəti seçkilərə nəzarət heyəti ilə keçirdiyi iclas zamanı verdiyi bəyanatda "açıq şəkildə" Əhməidinejadı dəstəkləyib. Onun sözlərinə görə, konstitusiyaya əsasən, Nəzarətçi Şuranın hər hansi bir namizədi müdaifə etməsi qanunsuzdur. "Cənnətinin bəyanatı qanuna zidd olduğu üçün Kərrubi açıq məktubla Ali Dini Nəzarət Şurasına müraciət edib", - Şükuri bildirib.

Hazırda islahatçılar düşərgəsindən iki nümayəndə namizədliyini irəli sürüb: eks-spiker Kərrubi və sabiq baş nazir Mir Hüseyn Musəvi (Mousavi). İslahatçıların əsas rəqibi konservativ (Üsulgəra) koalisiya hələlik öz namizədlərini elan etməyib.

Seçkilərə müdaxilə etməklə bağlı narahatlıqları səngitmək üçün İran Prezidenti Əhmədinejad aprelin 8-də İsfahan şəhərindəki çıxışında hakimiyyətin seçkilərə müdaxilə etməyəcəyini vəd edib. "Hakimiyyətdə olan heç bir rəsmi şəxs seçkilərlə bağlı bir saniyə də vaxt ayırmamalıdır" - deyə Əhmədinejad bildirib. Lakin İranın hazırkı Prezidentinin vədinə islahatçılar şübhə ilə yanaşır.

Şükuri hesab edir ki, hakimiyyət qarşısında böyük bir sınaq durur. "Ümid edirik ki, hakimiyyət seçkilərə müdaxilə etməməklə sınaqdan çıxacaq və hakimiyyət əlində olan vasitələrdən təbliğat üçün istifadə etməyəcək. Lakin Əhmədinejadın vədinin reallığa nə dərəcədə uyğun olması məlum deyil" - Şükuri cümə günü Tehrandan telefonla bildirib.

Əbtəhi isə bu barədə Əhmədinejadın bəyanatını dəstəklədiyini bildirib, lakin ümid edib ki, prezident vədlərini sözdə deyil, əməldə də göstərəcək. "Hazırki şəraitdə hakimiyyətin seçkilərə müdaxilə etməməsi ilə bağlı heç bir fakt görünmür və biz bu vədə şübhə ilə yanaşırıq", - Xatəminin parlament məsələri üzrə müavini hesab edir.

Keçən ay Xatəmi (Khatami) islahatçılar düşərgəsində səslərin dağılmasının qarşısını almaq üçün namizədliyini geri götürüb. Hazırda islahatçılar tərəfdarının hansı namizədi dəstəkləyəcəkləri də tam aydın deyil.

Əbtəhi bildirib ki, siyasi proseslər göstərir ki, islahatçıların əksəriyyəti Musəvini dəstəkləyir, lakin Kərrubini dəstəkləyənlərin də sayı az deyil. "Prezident seçkilərinə yaxınlaşdıqca hər şey aydın olacaq", - deyə Əbtəhi aprelin 10-da Tehrandan telefonla Trend -a bildirib.

Bu barədə Şükuri hesab edir ki, islahatçı namizədlərin hansının xalq tərəfindən daha çox dəstəklənəcəyi haqda ictimai sorğu aparılmayıb, lakin hər iki namizədin tərəfdarları olması faktdir. Onun sözlərinə görə, Xatəmi tərəfdarlarının əksəriyyəti Musəvi və Kərrubi arasında tərəddüd edirlər və hansı namizədi dəstəkləyəcəkləri haqda hələlik konkret qərar verməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Loading Bars
Xəbər lenti
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bütün xəbərlər