...

Azərbaycan manatının sabitliyi dünya prosesləri fonunda müsbət faktordur – Prezident İlham Əliyev

Siyasət Materials 22 Aprel 2009 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend / 

"Azərbaycan manatının sabit kursunun saxlanılması Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələrində milli valyutanın devalvasiyaya uğramasına baxmayaraq, müsbət faktordur", - çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev, Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib. AzTV telekanalı xəbər verib.

Dövlət başçısı ölkədəki maliyyə intizamının vacibliyini xüsusilə qeyd edib.

"Dünya maliyyə böhranı bir neçə qonşu ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salsa da, Azərbaycana təsir etməyib", - İlham Əliyev deyib.

İclasın yekunu barədə danışarkən Prezident bu və qarşıdakı illər üçün nəzərdə tutulmuş məsələlərin uğurlu həllində və Azərbaycanın möhkəmlənməsində əminliyini dilə gətirib.

Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən Azərbaycan manatı dollara nisbətdə 0,25 faiz möhkəmlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti