...

Azərbaycan parlamentində xarici vətəndaşların təsis etdiyi orta təhsil müəssisələrinin milliləşdirilməsi təklif olunub

Siyasət Materials 28 Aprel 2009 13:31 (UTC +04:00)
Azərbaycan parlamentində xarici vətəndaşların təsis etdiyi orta təhsil müəssisələrinin milliləşdirilməsi təklif olunub

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı xarici vətəndaşların ölkədə təsis etdiyi orta təhsil müəssisələrinin milliləşdirilməsini təklif edir.

"Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanununa uyğun olaraq, orta məktəblərə test, sınaq yolu ilə şagird qəbulu qadağandır. Amma xarici ölkə vətəndaşlarının təsis etdikləri orta təhsil müəssisələrinə Azərbaycanın ən qabiliyyətli uşaqları seçilib götürülür", - Trend -un məlumatına görə, çərşənbə axşamı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Trend -un arayışı: Konstitusiyanın 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Azərbaycanda 4 mindən artıq orta məktəb fəaliyyət göstərir.

Deputatın sözlərinə görə, orta məktəbi qurtaranların hamısı ali məktəbə qəbul olunanda, xarici vətəndaşlar bununla öyünülər. "Həmin təhsil müəssisələrinin dini meyli olduqları nəzərə alınaraq, bütün bu tipli təhsil müəssisələr dövlət tərəfindən milliləşdirilməlidir", - Həsənquliyev əlavə edib.

Millət vəkili parlament rəhbərliyinə bu məsələnin xüsusi nəzarətə götürülməsini təklif edib.

"Azərbaycanın bir çox dövlət və özəl universitetlərində təhsil sistemi keçmiş SSRİ dövründəki kimidir", - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, orta və ali təhsil sahəsində islahatlara nail olmaq məsələsi Təhsil Nazirliyi ilə birgə nəzarətə götürülməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti