Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Prezidenti Mixail Saakaşvili Avropa İttifaqının 7-8 may tarixlərində Praqada keçiriləcək sammitində iştirak edəcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə jurnalistlərə Gürcüstan Xarici İşlər Nazirliyinin siyasi departamentinin direktoru Temur Kaçkaçişvili bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Qriqol Vaşadze və reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili də daxil olacaq.
Mayın 7-də Praqada "Şərq tərəfdaşlığı" proqramının təqdimatı, mayın 8-də isə enerji məsələləri üzrə görüş keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]