...

Çexiya Avrointeqrasiya prosesində aparıcı rol oynayır – Çexiya Baş nazirinin müavini

Siyasət Materials 7 May 2009 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir Y.Ostapenko /

Avropa İttifaqına sədrlik edən Çexiya güman edir ki, Lissabon müqaviləsinin Çexiya Senatı tərəfindən çərşənbə günü təsdiq edilməsi, bu ölkənin əvvəllər də olduğu kimi Avrointeqrasiya prosesində aparıcı rol oynadığını ifadə edir. Bu barədə Avropa İttifaqının press-relizində bildirilir.

"Mən Senatda səsvermənin yekunlarını yüksək qiymətləndirirəm. Burada Lisaabon müqaviləsinin təsdiq edilməsinə razılıq ifadə olundu. Çexiya Respublikası Parlamenti bu səsvermə ilə respublikanın əvvəlki kimi Avropa İttifaqı çərçivəsində 1989-cu ilin noyabr ayından sonra təqdir edilmiş Avrointeqrasiya prosesində mərkəzi rol oynamaq istəyini dəqiq ifadə edib", - deyə Çexiya Baş nazirinin müavini Aleksandr Vondra bildirib.

Vondra bildirib ki, imzalanması üçün prezidentə təqdim edilən Lissabon müqaviləsinin Çexiya Respublikasında rəsmi olaraq təsdiqetmə prosesinin başa çatdrılmasına heç nə mane olmur.

Fevralda Çexiya Parlamentinin Deputatlar Palatası (aşağı palata) səs üstünlüyü ilə Lissabon müqaviləsinin təsdiq edilməsini təqdir ediblər.

Avropa İttifaqının islah edilməsinə dair Lisasabon müqaviləsinin tanınmış əleyhdarı olan Çexiya Prezidenti Vatslav Klaus bu sənədin ölkə Konstitusiyasına zidd olduğunu və dövlətin suverenliyini məhdudlaşdıracağını hesab edir.

2007-ci iln dekabrında Portuqaliya paytaxtında Avropa İttifaqının 27 üzv ölkəsinin lideri tərəfindən imzalanmış Lissabon müqaviləsi Aİ-nin bütün dövlətləri tərəfindən təqdir edildikdən sonra 2009-cu ilin yanvarında qüvvəyə minməli idi. Lakin 2008-ci il iyunun 12-də keçirilən plebisit zamanı irlandların 53,4 faizi Aİ-nin daha səmərəli fəaliyyət mexanizmlərini və prinsiplərini müəyyən edən sənədi təsdiq etməkdən imtina etdilər.

Çexiya Prezidenti Klaus İrlandiyada Lissabon müqaviləsi üzrə referendumun mənfi nəticəsini "Demokratiya və ağılın Avropa bürokratiyası üzərində qələbəsi" adlandırmışdı.

Lissabon müqaviləsi Avropa Konstitusiya layihəsini əvəz etməlidir. Bu layihədən, 2005-ci ildə keçirilən milli referendumlarda fransız və hollandların ondan imtina etməsi ilə Aİ-nin gələcəkdə səmərəli regional təşkilat kimi fəaliyyəti şübhə altına düşməsindən sonra imtina edilməsi qərara alınıb.
Bununla belə, İrlandiyanın Avropa İttifaqı üzrə Lissabon müqaviləsini təsdiq edən tərəfdaşları ölkədə nəticəsinin 2009-cu ildə Avropa Parlamentində keçiriləcək seçkilərədək Aİ-nin yeni baza sənədinin qüvvəyə minməsinə imkan verəcək təkrar ümumi səsvermənin keçirilməsinə ümid edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti