...

Müxalifət yenidən GİT qarşısında "rüsvayçılıq dəhlizi" aksiyasını bərpa edib

Siyasət Materials 14 May 2009 11:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 may / Trend , müxbir N.Kirtsxaliya /  

Aprelin 9-dan etibarən Tbilisidə piketlər keçirən müxalifət, bu gün səhər  yenidən Gürcüstan İctimai Televiziyası (GİT) qarşısında "rüsvayçılıq dəhlizi" aksiyasını bərpa edib. Binanın qarşısında müxalifətin onlarla tərəfdarı toplaşıb, onların arasında liderlərdən Nino Burcanadze və Mamuka Katsitadze də var.

Burcanadzenin sözlərinə görə, bu aksiya əhalinin GİT-in müxalifətin fəaliyyətini işıqlandırma sistemindən narazı olduğunu nümayiş etdirir. Müxalifətin televiziyanın yerləşdiyi Kostava küçəsinin açılması haqda qərarına münasibətini bildirən Burcanadze "bu, məni maraqlandırmır, çünki mənim üçün "prioritet" olan mövzu "rüsvayçılıq dəhlizi"dir " deyib.

Katsitadzenin fikrincə, yolun açılması vacibdir, ancaq müxalifətin aksiyaları daha kəskin xarakter alacaq.

Hərəkətin açılması üçün yolun üstündə aksiyanın simvolu olaraq qurulmuş qəfəs-kameraların götürülməsi lazımdır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti