Gürcüstan, Tbilisi, 21 may / Trend , müxbir N.Kirtsxalia /
Bu gün saat 12:00-da Gürcüstanın radikal müxalifəti öz tərəfdarlarını Respublika meydanına çağırıb.
Mühafizəkarlar Partiyasının lideri Zviad Dzidziquri bildirib ki, orada polisin "gestapo" adlandırdığı hərəkətlərinə cavab olaraq müxalifət tərəfindən Tbilisinin hansı mərkəzi magistrallarının bağlanacağı barədə qərar veriləcək.
Gürcüstan DİN qarşısında keçirilən ikinci piketdən sonra, patrul polisi DİN-in Kaxeti şosesində yerləşən yeni binası qarşısında maşınları ilə avtomobil yolunu kəsən müxalifətin 20-dən çox fəalının nəqliyyat vasitəsini əlindən alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]