...

Azərbaycan paytaxtında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb

Siyasət Materials 21 May 2009 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, mayın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu Böyükşor qəsəbəsi Daşkarxanası 1-də qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olan Bakı sakini Vaqif Rəhimova məxsus sement sexində 1045 kisə (50 ton) "Qaradağ" ASC-nin və "Qaradağ NA" firmasının əmtəə nişanlı kisələrinə kustar üsulla doldurulmuş sement aşkar edilib.

Saxta sement satışdan çıxarılıb və toplanmış materiallar aidiyyatı üzrə qanuni tədbir görülməsi üçün Vergilər Nazirliyinə göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti