...

Azərbaycan hər zaman qlobal sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazırdır – XİN rəhbəri

Siyasət Materials 21 May 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan hər zaman qlobal sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazırdır, cümə axşamı xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Bants Kraddokla görüşdə bildirib. 

XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, görüşdə Məmmədyarov Cənubi Qafqazda sülhün bərqərar olunmasının zəruriliyini qeyd edib. XİN rəhbəri Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzün buna ən böyük maneə olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə nizamlanmasının vacib olduğunu bildirib.

General Kraddok ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib. O, Əfqanıstan əməliyyatlarına Azərbaycan tərəfindən verilən dəstəyi yüksək qiymətləndirib.

ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Kraddok Bakıda Azərbaycan rəhbərliyi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edir.

Amerikalı general səfər zamanı Azərbaycan rəhbərliyinə İraq, Əfqanıstan və Kosovodakı əməliyyatlara, həmçinin terrorizmə qarşı mübarizənin müxtəlif cəbhələrindəki fəaliyyətlərə verdiyi töhfəyə görə dərin təşəkkürünü bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti