...

Gürcüstan Prezidenti NATO-nun Vazianidəki təlimlərində iştirak edəcək

Siyasət Materials 25 May 2009 13:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili NATO-nun Vazianidəki səhra təlimlərinin rəsmi açılış mərasimində iştirak edəcək.

Tədbirdə həmçinin NATO ölkələrinin səfir və hərbi attaşeləri, eləcə də Gürcüstan hökuməti və parlamentinin nümayəndələri iştirak edəcəklər.

NATO-nun Vazianidəki hərbi təlimləri rəsmən mayın 11-də başlayıb. Birinci mərhələdə komanda-qərargah təlimləri keçirilib, bu gün isə səhra təlimləri başlayacaq. Onlar ayın sonuna qədər davam edəcək. Təlimlərdə NATO və onun tərəfdaşları arasından 15 ölkə iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti