...

İranda hərbi texnika istehsalı 3 dəfə artıb – müdafiə naziri

Siyasət Materials 25 May 2009 17:19 (UTC +04:00)
İranda hərbi texnika istehsalı 3 dəfə artıb – müdafiə naziri

İranda hərbi texnika istehsalında 3 dəfə artım qeydə alınıb. Bu barədə İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar bazar ertəsi bildirib. Onun sözlərinə görə, "Siccil-2" ballestik raket kimi hərbi texnikanın istehsalı, kosmik raketlərin fəzaya buraxılması və hərbi texnika istehsalının 3 dəfə artması göstərir ki, İranın Müdafiə Nazirliyinin inkişaf proqramı düzgündir. Bu barədə FARS xəbər agentliyi məlumat verir.

Nəccar əlavə edib ki, İranın Müdafiə Nazirliyi öz mütəxəssislərinin köməyi nəticəsində strateji hərbi texnikaların istehsalı məqsədi ilə "yol xəritəsi" hazırlayıb.

ABŞ və Qərb İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı müxtəlif qətnamələr və sanksiyalar tətbiq edib. Amerika ehtimal edir ki, İran terrorçuları dəstəkləyir və kütləvi qırğın silahları hazırlayır.
İrana qarşı ilk sanksiya 1979-cu ildən tətbiq olunub. O vaxtdan bu sanksiyalar mütəmadi olaraq ABŞ tərəfindən uzadılır və genişləndirilir. 2003-cü ildən etibarən, üç il müddətində rəsmi Tehran uranın zənginləşdirilməsi planını dayandırsa da, 2006-cı ildən bu planı inkişaf etdirir. BMT Təhlüləsizlik Şurası bu səbəbdən nüvə proqramını dayandırmaq məqsədilə İrana 3 sanksiya və 5 qətnamə qəbul edib.

Mayın 22-də İran növbəti dəfə olaraq, "Siccil-2" raketini sınaqdan keçirib. İranın əvvəlki raketlərindən fərqli olaraq "Siccil-2" raketinin yanacağı bərk maddədir.

Xəbər lenti

Xəbər lenti