...

Azərbaycan Müdafiə Nazirliyi Təlim Mərkəzində baş verən hadisə ilə bağlı ekspert rəyini açıqlayıb

Siyasət Materials 30 May 2009 11:12 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Təlim Mərkəzində baş verən hadisə ilə bağlı ekspert rəyini açıqlayıb

Azərbaycan, Bаkı, 30 may / Trend , A.Hüseynbala /

Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Ümumqoşun Təlim Mərkəzində baş verən hadisə ilə bağli əsgərlərə mədələrinin funksional pozulması diaqnozu qoyulub.

"Bi isə əsgərlərin mədə-bağırsaq sisteminin soyuqlaması hesabına yaranıb", - şənbə günü Trend -a Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirib.

Trend -un arayışı: Mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan, əlavə müayinə və müalicəyə cəlb edilib. Həmin əsgərlər bu gun hospitaldan hərbi hissələrinə buraxılıblar.   

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Mayın 28-də deputat Aydın Mirzəzadə bir qrup jurnalistlə birgə təlim mərkəzində hərbçilərin qidalanma və saxlanma şəraiti ilə tanış olub.

Abdullayev deyib ki, bu rəy əsgərlərdən götürülən analizlərin nəticəsində məlum olub: "Araşdırma yenə davam etdirilir", - mətbuat xidmətinin əməkdaşı əlavə edib.

Hadisə zamanı 164 əsgərin müayinə üçün Hərbi Klinik Hospiyala gətirilməsinə gəldikdə, Abdullayevin sözlərinə görə, əsgərlərin sayının çox olması yaranan ajiotajın nəticəsi idi. "Əsgərləri hospitala yalnız müayinə etmək üçün gətiriblər. Ehtiyat tədbirləri nəticəsində məlum olub ki, cəmi 6 əsgərin səhhətində müəyyən problemlər yaranıb", - nazirliyin mətbuat xidmətinin əməkdaşı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti