...

"Hizbullah"ın hərbi gücü parlament seçkilərində qələbəyə zəmanət deyil

Siyasət Materials 2 İyun 2009 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müx. U.Sadıxova /

Livan partiyası "Hizbullah"ın Livan ordusunun yenidən silahlandırılmasının zəruri olduğu barədə bəyanatı ABŞ-ın Livanın hərbi siyasətinə müdaxiləsinin əleyhinə yönəlib, lakin ekspertlər istisna etmirlər ki, bu parlament seçkilərinin gedişinə təsir edə bilər.

""Hizbullah" hərbi qüvvələrini seçkilərdə qalib gəlmək üçün deyil, İsrail hücumuna qarşı istifadə edən siyasi partiyadır",- Aralıq Dənizi Hövzəsi üzrə Avropa Tədqiqat Mərkəzinin rəhbəri Avad Şamas (Awad Chamas),  Brüsseldən telefon vasitəsi ilə Trend -a bildirib.

Bazar ertəsi partiyanın rəhbəri şeyx Həsən Nəsrulla öz seçkiqabağı çıxışında bildirib ki, iyunun 7-də keçiriləcək seçkilərdə partiya qələbə çalsa, o, Livan ordusunu yenidən silahlandırmağa başlayacaq, ərəb qəzeti "Əş-Şark Əl-Ausat" məlumat verib.

Seçkilərdə əsas mübarizə parlamentdə çoxluq təşkil edən qərb yönümlü "14 mart" koalisiyası və Suriya, İranın dəstəklədiyi və "Hizbullah" təşkilatının daxil olduğu "8 mart" koalisiyası arasında olacaq.

Analitiklər müxalifətin seçkilərdə qalib gələcəyini istisna etmirlər, lakin bu, hərbi yolla baş verməyəcək.

"Hizbullah" Livan parlamentində 128 yerdən 23-nə malikdir və İranın hərbi yardımı sayəsində yaradılan güclü hərbi potensial səbəbindən partiya İsrail əleyhinə silahlanmaq hüququna malikdir.

"Hizbullah"ın yenidən silahlanma planları haqqında bəyanatı Vaşinqtonun partiyanın əleyhinə Livan ordusunun səfərbərliyini öz nəzarəti altına alması cəhdləri ilə bağlıdır, Livan siyasəti üzrə politoloq Talal Atrisi hesab edir.

""Hizbullah" sübut etmək istəyir ki, o, ittihamların əksinə olaraq, Livan milli ordusunun və Livanda güclü dövlətin yaradılmasının əleyhinə deyil", - Trend -a Livan universitetinin professoru Beyruta Atrisi bildirib. O hesab edir ki, "Hizbullah"ın yenidən silahlanma ilə bağlı məsələni qaldırması ABŞ-ın Livan ordusuna yardımı ilə bağlıdır.

Livana səfəri zamanı ABŞ-ın vitse prezidenti Co Bayden bildirib ki, müxalifət seçkilərdə qələbə çalarsa, ABŞ Livan ordusuna yardım məsələsinə yenidən baxacaq.

Anti-Suriya koalisiyasının "Sidr inqlabı" nəticəsində 2005-ci ildə Suriya qoşunlarının Livandan çıxarılmasından sonra, Vaşinqton bəyan etdi ki, 30 il Suriya nəzarəti altında olan Livan ordusunu 400 milyon dollar dəyərində yenidən silahlandırmağa hazırdır. Avropa və ABŞ Livan ordusunu "Hizbullah" və onun müttəfiqlərinə qarşı mübarizə apara bilən "daxildə effektiv fəaliyyət göstərən anti-terror qüvvəsinə" çevirmək niyyətindədir, RİA Novosti yazır. Beynəlxalq münasibətlər üzrə mühazirəçi Nikola Prat (Nicola Pratt) hesab edir ki,"14 mart" və "8 mart" koalisiyaları Livanın suverenliyinin saxlanılması və ölkədə təhlükəsizliyin təmin edilməsində öz güclərini nümayiş etdirmək istəyirlər.

"Seçkilərdə ən əsas mövzu Livanın suverenliyinin və təhlükəsizliyinin təmin edilməsidir, - Trend -a elektron poçt vasitəsi ilə Şərqi İngiltərə Universitetinin (University of East Anglia) beynəlxalq münasibətlər üzrə tədqiqatçısı Prat bildirib. Hər iki koalisiya bu məqsədə nail olunmasında özünü ən yaxşı namizəd kimi təqdim etmək istəyir".

Pratın fikrincə, "14mart" "Hizbullah"ın hərbi qanadını tərk-silah edilmiş görmək istəyir, çünki bu, daxili hakimiyyət və Livanın suverenliyi üçün problem yaradır. Lakin İsrail ilə son toqquşmalar, o cümlədən hərbi təlimlər "Hizbullah"ın hərbi qanadının mövcudluğuna bəraət qazandırıb və bu, İsrailə qarşı dura bilən yeganə qüvvədir, Prat hesab edir.

Lakin "Hizbullah" parlament seçkilərində qələbə çalmaq üçün hərbi gücündən istifadə etməyəcək, çünki partiya Livanda hərbi qruplaşma deyil, siyasi qüvvə kimi güclənmək niyyətindədir, müşahidəçilər hesab edirlər.

Seçkilər ərəfəsində "Hizbullah" Livanda etnik və dini hüquq bərabərliyinə hörmət edəcəyinə dair vəd verib.

Sorğu göstərir ki, partiya İsrail bombardmanı nəticəsində dağılmış evlərin tikilməsinə vəsaitlərin ayrılması, xəstəxanaların inşasına yardımı sayəsində səslərin 60 faizinə ümid edə bilər, Time jurnalı yazır.

Livan siyasəti üzrə analitik Şamas hesab edir ki, "Hizbullah"ın hərbi qüvvələrindən seçkilərdə istifadə edilməyəcək və yalnız İsrail hücumunun əleyhinə yönəlib.

""Hizbullah"ın (Livanda) İsrailə müqavimət siyasi kursunu məhdudlaşdırmaq lazımdır", - Şamas bildirib.

Livan parlamentində yer əldə etdikdən və hərəkat üzvü energetika naziri vəzifəsinə keçdikdən sonra "Hizbullah" 2 cəbhəyə ayrıldı - hərbi və siyasi, lakin hər iki qanad İsrailə qarşı mübarizə aparmaq məqsədi daşıyır. 2006-cı ildə "Hizbullah" və İsrail arasında sonuncu müharibə BMT-nin hazırda İsrailin işğalı altında olan Livanın cənubuna beynəlxalq kontingentinin yeridilməsi ilə nəticələndi.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti