...

Azərbaycanın bir qrup millət vəkili Milli Qurtuluş Gününü Tovuz rayonunda qeyd edıb

Siyasət Materials 15 İyun 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın bir qrup millət vəkili Milli Qurtuluş Gününü Tovuz rayonunda qeyd edıb. Millət vəkilləri Qənirə Paşayeva, Xanhüseyn Kazımov və İlham Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoyub, sonra isə onun adını daşıyan muzeyi ziyarət ediblər.

Milli Qurtuluş Günü münasibətilə deputatlar təmas xəttində olan N saylı hərbi hissədə olublar. Əsgərlər qarşısında cıxış edən millət vəkilləri bildiriblər ki, xalqın təkidi və tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev qayıdışı ilə Azərbaycana yeni nəfəs gətirdi.

Millət vəkilləri vurğulayıblar ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən, müstəqilliyini itirməkdən xilas edib. Onun ölkə daxilində, eləcədə sərhədlərdən kənarda aparıdığı məqsədyönlü siyasət müstəqil dövlətin təməlini möhkəmlədib.

Əsgərlər qarşısında çıxış edən millət vəkili Paşayeva qeyd edib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi zaman cox ağır bir vəziyyətlə üzləşmişdi. "Dövlət kimi onun mövcudluğu belə, təhlükə altında idi. Ölkə vətəndaş müharibəsi, müxtəlif bölgələrində baş qaldıran separatizim meyilləri ilə üz-üzə idi. Belə bir vaxtda ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycan bu bəlalardan xilas olundu", - millət vəkili vurğulayıb.

Millət vəkili Məmmədov qeyd edib ki, Azərbaycanın alii baş komandanının cağırışına hər an hazır olan və torpaqlarımızı geri almaga qadir mətin və çox qüdrətli ordusu var.

Millət vəkilləri xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr veriblər.

Tədbirin bədii hissəsində Mugam Teatrının musiqiciləri konsert proqramı ilə əsgərlər qarşısında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti