...

Azərbaycan ABŞ-ın regionda mühüm strateji tərəfdaşıdır – Dövlət katibinin köməkçisi

Siyasət Materials 17 İyun 2009 11:08 (UTC +04:00)
Azərbaycan ABŞ-ın regionda mühüm strateji tərəfdaşıdır – Dövlət katibinin köməkçisi

Azərbaycan, Bakı, 17 iyun / Trend /

Azərbaycan ABŞ-ın regionda xüsusilə terrorizmlə mübarizə sahəsində mühüm strateji tərəfdaşıdır. Bu barədə ABŞ Dövlət katibinin köməkçisi Filip Qordonun xarici siyasət üzrə məruzəsində deyilir.

Məruzədə ABŞ-ın Avropadakı mütəffiqlərinə təbii qaz tədarükünün diversifikasiyasında Azərbaycanın rolu, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gündəlik neft ixracının həcmi məsələləri də qeyd olunub.

Dövlət katibinin köməkçisi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı istiqamətində atdığı addımlara və oynadığı rola da diqqət ayırıb.

Xəbər lenti

Xəbər lenti