...

NATO-Gürcüstan komissiyasının iclasında demokratiyanın gücləndirilməsi istiqamətində irəliləyişlər qeyd olunub

Siyasət Materials 18 İyun 2009 17:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun / Trend , müxbir N.Kirsxaliya /

Alyansın qərargahında keçirilən NATO-Gürcüstan komissiyasının iclasında Gürcüstanda demokratiyanın möhkəmləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər nəzərdən keçirilib. Alyans üzvləri ölkədəki demokratik islahatları dəstəklədiyini bildiriblər. Bu barədə Gürcüstan XİN-in Mətbuat və Nəşriyyat Departamentindən bildirilib.

NATO-Gürcüstan komissiyasının iclası iyunun 17-də siyasi komitələr səviyyəsində keçirilib.  

İclasda Gürcüstanı parlamentin beynəlxalq münasibətlər komitəsinin sədr müavini Qiorqi Kandelaki, Avropa İnteqrasiyası məsələləri üzrə nazir müavini Yelena Xoştariya və Cəzaların İcra Edilməsi, Probasiya və Hüquqi Yardım Nazirliyinin beynəlxalq təşkilatlar idarəsinin sədri Tamar Mamukelaşvili bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti